BİZİ SEÇMƏK ÜÇÜN
5 SƏBƏB

  • Azərbaycanda ilk və tək Psixologiya Akademiyasıyıq
  • Peşəkar komandayıq
  • Daim inkişaf edirik
  • Psixoloji sağlamlığınızı formalaşdırırıq
  • Həftə sonları da xidmətinizdəyik

APAK-A
SUAL VER

Sual ver
Tez-tez verİlən sualar
Panik atak nədir?

Panik atakın əsas xüsusiyyətindən biri birdən-birə baş verən, zaman-zaman təkrarlanan və insanı dəhşətə salan güclü narahatlıq və ya qorxu hücumlarıdır. Bu simptomlardan əziyyət çəkən şəxslərin "böhran", "boğulma" kimi adlandırdıqlarına biz panik ataklar deyirik .
Panik atak qəfil başlayır , daha şiddətli olur və 10 dəqiqə ərzində ən yüksək səviyyəyə çatır. Adətən 10-30 dəqiqədən sonra (nadir hallarda 1 saata qədər) öz-özünə keçir.


Panika halının simptomları hansılardır?
• “Ürək çırpıntısı” hissi
• Tərləmə və titrəmə
• Ağız quruluğu
• İsti basma və ya titrəmə
• Boğulma hissi
• Sinə ağrısı
• Özünü pis hiss etmə (ürəkbulanma), baş gicəllənmə və ya halsız hiss etmək.
• Uyuşma, iynələnmə hissi
“Dünyadan qopma” hissi və ya “başqa birisi” kimi hiss etmək.

Obsessiv-kompulsiv pozuntu (OKP) nədir?

Obsessiv-kompulsiv pozuntu gündəlik həyata və hətta həyati fəaliyyətlərə təsir edən obsessiv düşüncələr nəticəsində yaranan psixi xəstəlikdir. Obsessiv düşüncələr və impulslar mənasını verən obsessiya və təkrarlanan zehni hərəkət və davranışlar mənasını verən məcburiyyət xəstəliyi əmələ gətirir.

Obsessiv -kompulsiv pozuntu (OKP) əlamətləri hansılardır ?
Əl sıxmamaq, qapının dəstəyini tutmamaq.
Dəfələrlə əlləri yumaq, duş qəbul etmək.
Dəyərsiz əşyaların toplanması və yığılması.
Müəyyən sayda və müəyyən bir ardıcıllıqla görüləcək işləri görmək.
Müəyyən ifadələri, sözləri və ya duaları təkrarlamaq.
Narahat edən və yuxunu pozan şəkillər, sözlər və ya düşüncələrə ilişib qalmaq.
Yeməklərini müəyyən bir ardıcıllıqla yemək.
Məişət və ya şəxsi əşyaların müəyyən bir şəkildə təşkili.
Gündəlik işləri yerinə yetirərkən ucadan və ya davamlı olaraq saymaq istəyi.
Kilidlər, sobalar, ütülər, elektrik kimi bağlanması lazım olan əşyaların daim yoxlanılması.

Şəxsiyyət pozuntusu nədir?

Şəxsiyyət pozuntuları — uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir.  Şəxsiyyət pozuntuları fərdin aid olduğu mədəni normaların xaricində olan davranış tərzi və daxili təcrübələrdir. Bu cür davranış tərzləri elastiklikdən uzaq və qarşıqoyulmazolur. Yeniyetməlikdə və ya gənclik dövründə üzə çıxır və fərdin həyatında ciddi problem və zədəyə yol açır. Fərd, gündəlik həyatında mədəniyyətin ona təqdim etdiyi normalar xaricində davranış nümayiş etdirərsə, bu nümayişlərin şəxsiyyət üzərində dramatik təsirləri ola bilər.

Davranış pozuntusuna nə səbəb olur?

Davranış pozuntusuna nə səbəb olur?
Bir davranış pozuntusunun müxtəlif səbəbləri ola bilər. Ümumiyyətlə bu pozuntularla əlaqəli olan anormal davranışı bioloji, ailə və məktəblə əlaqəli amillər izləyə bilər.
Bəzi bioloji səbəblərə aşağıdakılar aid edilə bilər:
Fiziki xəstəlik və ya əlillik
Qidalanma
Beyinə zərər
İrsi amillər
Sağlam olmayan və ya uyğun olmayan intizam tərzi
Təhsilə və ya məktəbə zəif münasibət

Psixoloji terapiyanın faydaları nələrdir?

Psixoterapiya bir sıra faydalar verir: münaqişələri idarə etmək üçün alətlər öyrədir, məhdud inancların dəyişdirilməsinə kömək edir, bir çox digər üstünlüklər arasında həyatı gücləndirir.

Tez-tez verilən sualar

Partnyorlarımız