Biz Kimik?

Biz Kimik?

Biz Kimik?

Akademiyamızın fəaliyyət sahəsinə mütəxəssislərimiz tərəfindən hər yaşa və problemə uyğun xidmətin göstərilməsi, peşəkar mütəxəssislərin yetişdirilməsi, Azərbaycanda yerli və beynəlxalq əhəmiyyətli seminar və təlimlərin təşkil olunması, həmçinin beynəlxalq əməkdaşlıq sayəsində Azərbaycan mütəxəssislərinin təcrübə proqramları ilə xaricə göndərilməsi daxildir. Təhsilə və psixologiyaya aid layihə və proqramların tərtib olunması və həyata keçirilməsi qarşıya qoyduğumuz məqsədlər siyahısındadır. Biz həll edə bilməyəcəyinizi düşündüyünüz problemləriniz olduqda, insanarla ünsiyyət qurmaqda çətinlik yaşadığınızda, övladlarınızın psixoloji sağlamlığı üçün narahat olduğunuzda sizinlə birgə bu çıxılmaz görülən yollarda həll yolları tapmağa hazır olan APAK ailəsiyik. Sizin, ailənizin, övladınızın psixoloji sağlamlığı üçün uşaq, yeniyetmə və yetişkinlərlə çalışan peşəkar komandamızla xidmətinizdəyik. Siz bizim üçün dəyərlisiniz. Bu yola çıxmaqda əsas məqsədimiz mövcud problemləri sizinlə birgə həll etməkdir. Siz bizə güvənin, biz sizin etimadınızı doğruldaq.
 

NİYƏ GÖRƏ
MƏHS BİZ?

Komandamız öz işində peşəkarlaşmış, təcrübəli və ən əsası işini hədsiz sevgi ilə yerinə yetirən mütəxəssislərdən təşkil olunmuşdur. Hər kəsin problemə baxış bucağı mövcud situasiyadan asılı olaraq dəyişir. Eyni ad altında təsnif olunan hər bir problemə yanaşma tərzi eyni deyildir. Nə qədər insan o qədər çox düşüncə və hiss. Bu düşüncələriniz nəticəsində yaranan davranışın səbəblərini, hisslərinizi anlayıb və bu davranışın kökündə duran, bu hissləri formalaşdıran düşüncələri, təməl inancları təhlil etdikdən sonra adekvat qərar verməyiniz üçün daim xidmətinizdəyik. Şəxsi və peşəkar inkişafınız, yeni başlanğıclarınız üçün ən ideal seçim APAC-dır. Psixoloji sağlamlığınızı bizə həvalə edin, çünki psixoloji sağlamlığınız tam təmin olunarsa həyatınızın bütün sahələrində uğur əldə edə bilərsiniz.Fərqli düşüncə fərqli davranış deməkdir. Fərqliliyi sən yarat, dəyişimə özündən başla!