Frostig Qavrayış testi | Treninqlər |  Azərbaycan Psixologiya Akademiyası

Treninqlər

Frostig Qavrayış testi
10 Aprel, 2023
Frostig Qavrayış testi

4-8 yaş uşaqlarla fərdi və qrup şəklində tətbiq olunan proqramdır. Frostig testi öyrənmə çətinliyi olan uşaqların, xüsusilə də görmə qavrayışı sahəsində hər hansı bir problemi olan uşaqların müəyyən olunmasında effektivdir

Məktəbdə təlim zamanı qavrayış sahəsində yaranan problemlərdən irəli gələrək hər hansı öyrənmə çətinliyi olan uşaqlar bu test vasitəsilə müəyyənləşdirilir. Test hansısa beyin zədəsi almış uşaq və yeniyetmələrin qavrayış bacarıqlarını dəyərləndirmək üçün istifadə oluna bilər.

Frostig qavrayış testinin nəticəsində

✔ Göz motor kordinasiyası

✔ Şəkil fonun ayırd edilməsi

✔Məkanın qavranılması

✔Məkanda münasibətlərin qavranılması kimi problemlər aradan qaldırıla bilər. Bunun sayəsində tez və effektiv təsir göstərə biləcək təlim proqramı da tərtib etmək mümkündür.