{title}

Xəbərlər

Azərbaycan Psixologiya Akademiyası psixoloqları belə təbrik etdi
10 May, 2023
Azərbaycan Psixologiya Akademiyası psixoloqları belə təbrik etdi

Bu gün – 10 may tarixi bir çox ölkədə Dünya Psixoloqlar Günü kimi qeyd olunur.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Psixologiya Akademiyası (APAK) Dünya Psixoloqlar Günü münasibətilə psixoloqlara təbrik ünvanlayıb:

 

“Əziz psixoloqlar, Sizi Dünya Psixoloqları Günü münasibəti ilə təbrik edirik. Ruhumuzun cərrahları, gününüz mübarək!”.

 

Qeyd edək ki, ilk dəfə 2008-ci ildə qeyd olunan 10 may Psixoloqlar Günü hamı tərəfindən qəbul edilmiş bir gün olmasa da, hər il Türkiyədə və Şimali Kiprdə, eləcə də ölkəmizdə psixoloqlar və psixoloqların peşəkar təşkilatları tərəfindən qeyd olunur. 

 

Məlumat üçün bildiririk ki, tarixdə psixologiyanın atası, ilk psixoloq Vilhelm Vundt sayılır. O, 1879-cu ildə Almaniyanın Leypsiq şəhərində psixologiyanın fəlsəfədən ayrı bir elm kimi formalaşmasına imkan verən laboratoriyanın əsasını qoyub. Bu laboratoriya platformalar, müxtəlif toplar, teleqraf açarları və metronomlar kimi sadə alətlər olan sökük, köhnə binada yerləşən otaqlardan ibarət idi. Bu tarix həm də fizioloq və filosof olan V.Vundtun psixoloq olmasının da sübutudur.