{title}

Xəbərlər

İnsanlar niyə payızda depressiyaya düşür... - Tənhalıq problemlər yarada bilər
14 Sentyabr, 2023
İnsanlar niyə payızda depressiyaya düşür... - Tənhalıq problemlər yarada bilər

Fəsil dəyişikliyi zamanı bir çox insan havaya uyğunlaşmaqda çətinliklə üzləşir. Bu fəsildə bir çox xəstəliklər üzə çıxır. Dəyişikliklər  bəzi insanlarda əhval-ruhiyyənin aşağı düşməsinə, tükənmişlik, yorğunluq, həvəsin azalması kimi hisslər formalaşdırır. Ümumilikdə depressiv vəziyyət yaranır.

 

Bəs bu dəyişikliklərdən özümüzü necə qorumalıyıq?

Azərbycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin  Modern.az-a açıqlamasında payızın insanlarda müxtəlif dəyişikliklər, bəzi depressiya simptomları yaratdığını bildirib.

 

"Burada insanların özlərini bu ab-havadan çıxarmaları və psxioloji dəstək almaları olduqca önəmlidir. Mövsüm dəyişikliklərindən hər kəs təsirlənir. Mənfi təsirləri olur. Çünki hava dəyişir, istidən soyuğa keçir. Orqanizmimiz bu prosesə uyğunlaşmağa çalışır. Paltarlarımızı dəyişdiririk. Saçımız tökülür. Bunlar hamısı insanlara təsir göstərir. Bir dönəm bitir, digərinə keçirik. Mövsüm dəyişmələri insanlarda depressiya, yorğunluq, emosional çöküş, tükənmişlik hissləri yaradır.

 

Payızda insanların depressiyaya düşməyinin digər səbəbi havanın küləkli, yağışlı olmasıdır. Yağış insanlarda romantizm yaradır. İnsanları ağlamağa meyl etdirir. Bu da əslində payız fəslinin psixoloji təsiridir. Çünki hər yağış yağanda artıq insanlar emosional olaraq ab-havanı, romantizmi hiss edirlər. Bütövlükdə adaptasiya olmağa çalışırlar”.