{title}

Xəbərlər

Xalqımız nəsildən-nəsilə işgəncələrə məruz qalır - İsraildən olan psixoloq
11 Oktyabr, 2023
Xalqımız nəsildən-nəsilə işgəncələrə məruz qalır - İsraildən olan psixoloq

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının (APAK) əslən İsraildən olan psixoloqu Ləman Mustafayeva deyib.

 

O qeyd edib ki, ayın 7-si səhər saat 06:30-da İsrail Qəzza zolağından raket atəşinə məruz qalıb. Xanım psixoloq həmin günün Tövratın nazil olması bayramına təsadüf etdiyini bildirib.

 

"Həm qurudan, həm də havadan basqın edən HƏMAS terror təşkilatının məqsədi mülki yəhudi əhalisini amansızlıqla qətlə yetirmək idi. Xüsusilə də qocaların, qadınların, uşaqların qətlə yetirilməsi amansızlıqdır. Bizim vəd edilmiş torpaqlarımızda baş verənləri təsəvvür etmək məni çox incidir, çünki qocaların, qadınların, uşaqların soyuqqanlılıqla qətlə yetirilməsi çox alçaq və vicdansızdır. Buna ancaq terrorçular, barbarlar və vəhşilər qadirdir. Biz hamımız İsrailimiz və dinc insanların sağalması üçün dua edirik. Terror aktı qurbanlarının ailələrinə başsağlığı verirəm", - Ləman Mustafayeva qeyd edib.