{title}

Xəbərlər

Qayınana-gəlin münasibətləri: Belə kişilər heç yetkinləşməyib - ŞOK AÇIQLAMA
20 Oktyabr, 2023
Qayınana-gəlin münasibətləri: Belə kişilər heç yetkinləşməyib - ŞOK AÇIQLAMA

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin deyib ki, bəzi ailələrdə ananın icazəsi olmadan qərarlar alınır və bu da narazılığa səbəb olur.

 

“Gəlin, ana, oğul münasibətləri gərgin olur. Ana icazəsi olmadan qərar ala bilməz. Belə kişilər sanki heç yetkinləşməyib. Bütün qərarlarını anası verir, bu proses evlilik zamanında da davam edir. Kişi xanımını anasına oxşatmağa çalışır.

 

Belə kişilər özgüvənsiz və söz keçirə bilməyən olurlar. Analarının sözünü yerə salmaqdan çox qorxurlar. Anaya bağlı olan kişilər evləndikləri halda anadan razılıq alma, onun sözü ilə ailə həyatlarına yön vermək kimi səhvlər edirlər. Bunun ana ilə bağın kəsilməməsinə təsiri var. Oğlan uşaqlarının böyüdükdə də ana ilə bağları kəsilmədikdə düzgün, xoşbəxt, uzun ailə həyatı olmur. Hər qərarı həyat yoldaşı ilə vermək əvəzinə anaları ilə verirlər. Analarının onları yönləndirməsi ilə evliliklərini yönləndirməyə çalışırlar. “O vaxt mənim anam belə deyildi” deyərək, həyat yoldaşlarını tənqid, bəzən təhqir edirlər”.