Uşaqlarının fizioloji və psixoloji sağlam böyüməsini hər bir valideyn istəyir. Amma bəzən valideynlər psixoloji sağlamlığın meyarlarını tam olaraq bilmədikləri üçün uşaqlarını yetişdirmə məsələsində bəzi nüanslara diqqət yetirmirlər. Amma bu məslələrə xüsusi diqqət olunarsa həm ailə, həm də uşaq üçün faydalı, sağlam psixoloji mühit formalaşar.
Uşaq böyütməyin 5 qızıl qaydası:
1. İlk öncə öz psixologiyanızın sağlam olmasına diqqət yetirin.Uşaqlarınızın sizləri təqlid etdiyini unutmayaraq buna uyğun hərəkət edin.
2. Tutarlı, dəqiq olun. Xaos və qarışıqlıq tərbiyə üçün çox çətin bir şərait yaradır.3. Sağlam münasibətlər qurmasına dəstək olun. Sizinlə əlaqəsindən bqa sosial mühitdə də münasibətlər qurmasına şərait yaradın. Həyat sadəcə ailə ətrafında formalaşmır. Uşağın gələcəyi üçün bu vacib məslədir.
4 Stres idarəsini öyrədin. Stres həyatımız boyu hər birimizin qarşılaşacağı bir məslədir. Ona görə də uşağınızı bu vəziyyətə və çıxış yollarına hazırlayın.
5. Birlikdə oyun oynayın. Oyun uşaq üçün çox vacib bir məsələdi. Onunla zaman keçirin, hisslərini bölüşün, emosional bağ qurun